Site icon İslami Dəvət

Ənsarullah Yəmənin sahil cəbhəsində Bab əl-Məndəb boğazına nəzarəti bərpa etdi

Ənsarullah Yəmənin sahil cəbhəsində Bab əl-Məndəb boğazına nəzarəti bərpa etdi

Ənsarullah Yəmənin sahil cəbhəsində uğurlu cinah manevri həyata keçirərək Yəmən ordusunun qüvvələrini Təizdən cənuba sıxışdırıb və Bab əl-Məndəb boğazı yaxınlığındakı Zübabda yerləşən qüvvələri mühasirə təhlükəsi ilə üz-üzə qoyub. Təiz şəhəri isə hələ də mühasirədədir.

Bu hadisələrdən sonra beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinin ordusu qüvvələrinə boğaz yaxınlığındakı sahil zolağından geri çəkilmək və Ədən şəhərinə daha yaxın yeni müdafiə xəttində yenidən təşkilatlanmaq göstərişi verib.

Bu, Ənsarullah üçün taktiki qələbədir. Hərəkat boğaz boyunca Yəmənin sahil zolağına nəzarəti itirdikdən cəmi bir neçə həftə sonra yenidən bərpa edib. Hazırda Ənsarullah qüvvələri Ədən şəhərindən təxminən 100 kilometr məsafədə yerləşir. Səudiyyə Ərəbistanının dəstəyi ilə həyata keçirilən “Yəmənin Şəfəqi” əməliyyatının məqsədləri isə reallaşmayıb.

Exit mobile version