Dünya

Ərəb mediası: İsmayıl Qaani İraqda rəsmilər və müqavimət qrupları ilə görüşüb

Ərəb mediası: İsmayıl Qaani İraqda rəsmilər və müqavimət qrupları ilə görüşüb

Bəzi ərəb mediası İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı İsmayıl Qaaninin İran nümayəndə heyətinə başçılıq edərək Bağdada səfər etdiyini və İraq hökumətinin rəsmiləri, şiə Koordinasiya Çərçivəsinin liderləri, həmçinin bu ölkədəki silahlı qrupların rəhbərləri ilə görüşdüyünü yazıb.

Məlumata görə, bu məsləhətləşmələrin əsas mövzusu İraq hökuməti ilə Hizbullah Kataib qruplaşması arasında Cərf ən-Nəsr (Cərf əs-Səxr) bölgəsinə nəzarətlə bağlı gərginliyin azaldılması olub.

Bu müzakirələr İraq hökumətinin sözügedən bölgəyə tam nəzarətdə israr etdiyi bir vaxtda aparılır. İraq hərbi qüvvələri də Hizbullah Kataib qruplaşmasına verilən müddət başa çatdıqdan sonra bölgəyə daxil olmaq üçün hazırlıq vəziyyətinə gətirilib.