Ermənistanda da Azərbaycanın iştirakı olmadan heç bir təşəbbüs həyata keçməz!

Azərbaycan Respublikasının iştirakı olmadan Cənubi Qafqaz regionunda heç bir iqtisadi, siyasi təşəbbüslərin həyata keçirilməsinin mümkün deyil!

Bunu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bu gün Bakıda keçirilən MDB ölkələri gənc şərqşünaslarının II qurultayının açılış mərasimində deyib.
Prezident Administrasiyasının rəsmisi deyib : “Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun iqtisadiyyatının 75%-ni təşkil edir”.
PA rəsmisi vurğulayıb : “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Görüş baş tutmalıdır”.
Elnur Aslanov bunu da deyib ki, bu gün Azərbaycanda etnik, milli və dini zəmində heç bir problem yoxdur.

↑
Mobil sürümden çık