Ettelaatın bəyanatı

İranda keçiriləcək həssas və təyinedici prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək məqsədilə çoxlu miqdarda silahı ölkəyə gətirməyə çalışan 2 terror dəstəsi İranın təhlükəsizlik qüvvələri tərəfindən kəşf edilərək, zərərsizləşdirilib.

Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr şöbəsi bir bəyanat yayaraq, qərb və şərq sərhədləri vasitəsilə ölkəyə silah gətirməyə çalışan 2 terror dəstəsinin aşkar və məhv edilməsindən xəbər verib.

Nazirliyin rəsmi internet saytında yerləşdirilən bu bəyanatda deyilir: “Bu nazirlik hələ xeyli öncədən düşmənlərin məqsədlərindən agah olduğu və onların amillərinin bütün hərəkətlərini diqqətlə nəzarət altında saxladığı üçün qabaqcadan lazımi önləyici tədbirlərin görülməsi ilə son günlər düşmənin fitnə ssenarisini aşkar və zərərsizləşdirməyə nail olub. Bu əməliyyatlarla bağlı ətraflı məlumat təhlükəsizlik məsələləri ilə əlaqədar bəzi məhdudiyyətlərin olmasını nəzərə alaraq, daha sonra ictimailəşdiriləcək”.

Exit mobile version