İranın İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: Fransa sionist rejimin siyasətləri istiqamətində Cenevrə müzakirələrində təxribatçı roluna malik oldu.
Fars Xəbər Agentliyinə müsahibə verən Əlaoddin Brucerdi sonra deyib: İranın nüvə müzakirələri üzrə komandası, İran xalqının nüvə hüququnu müdafiə etmək istiqamətində, gözə çarpacaq irəliləyişləri əldə etdi ki, əlbəttə sionistlərin cəhdləri, onların təzyiqləri və bəzi ölkələr, o cümlədən Fransanın təzyiqlərə boyun əyməsi, işin yekun nəticəyə çatmamasına səbəb oldu.
İranın İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri sonra deyib: Cenevrədəki nüvə müzakirələri o qədər uğurlu idi ki, müzakirə edən altı ölkənin xarici işlər nazirləri Cenevrəyə səfər etdilər.
Brucerdi həmçinin deyib: Təəssüflər olsun ki, Qərbdə acı bir həqiqət var. O da sionistlərin nüfuzlarının güclü olmasıdır ki, hətta Amerika kimi bir supergüc də öz qərarlarında sionist rejimlə ahəngdar olub, onlardan icazə almalıdır.
İran İslam Respublikası ilə 5+1 Qrupu arasındakı 3 günlük sıx müzakirələr nüvə anlaşmasının imzalanması mərhələsinə qədər irəlilədi və 5+1 Qrupuna üzv ölkələrin xarici işlər nazirlərinin iştirakına görə, hamının İranla nüvə anlaşmasının əldə edilməsinə nikbin olduqları bir halda , Fransanın xarici işlər naziri Loran Fabiyus sionist lobbisinin rolunu oynadı və qeyd edilən anlaşma əldə edilmədi.