Vaşinqton İran xalqının prezident seçkilərindəki geniş və əzəmətli iştirakına ilk reaksiyada bildirib ki, bu seçkilərin nəticələrinə hörmət edir.
Ağ Evin sözçüsü- Ci Karni bu mövqeyi bildirərək deyib: Ağ Ev İranın nüvə məsələsinin dinc həlli üçün həmin ölkə ilə müzakirələri davam etdirməyə maraqlıdır.
Ci Karni həmçinin iddia edib ki, bu seçkilərin hazırlanması mərhələsi tam şəffaflıq olmadan və senzura ilə yanaşı olubdur.
Ağ Evin reaksiyası İran prezident seçkilərinin yekun nəticəsi və Həsən Ruhaninin qələbəsinin elan olunmasından bir neçə saat verilib.
Ağ Ev sözçüsünün sözləri elə bir halda bəyan edilir ki, bir neçə gün bundan öncəyədək Amerika rəsmiləri İran prezident seçkiləri və onun nəticəsinin etibarsız olmasından danışaraq, iddia etmişdilər ki, xalq ona rəğbət etməyəcək.