AsyaDünyaFələstinXƏBƏRLƏR

Fələstin hökumətinin ümumi borcu 2,43 milyard dollara çatdı

Fələstin hökumətinin ümumi borcunun bu il noyabr ayında 2,43 milyard dollara çatdığı bildirildi.

Fələstin Maliyyə Nazirliyinin məlumatlarına görə, 2013-ci ildə 2 milyard 400 milyon dollar olan ümumi borc, 2014’ün Noyabr ayında 30 milyon artım göstərərək 2 milyard 430 milyon dollara çıxdı.

Fələstinin banklara və xüsusi sektor təşkilatlarına olan daxili borcunun 1 milyard 243 milyon dollar, Dünya Bankı, OPEC, Avropa İnvestisiya Bankı (EIB), İspaniya, Çin və İtaliya kimi ölkələrə olan xarici borcunun isə 1 milyard 187 milyon dollar olduğu ifadə edildi.

Hökumətin 11 ay boyunca ödədiyi faizin isə 54,6 milyon dollar olduğu qeyd edildi.

Fələstin hökumətinin ayrıca xüsusi sektor təşkilatlarına və xarici təşkilatlara aylıq büdcə və borc hesabatında olmayan faizsiz 2 milyard dollar borcu var.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu