İranXƏBƏRLƏR

Salehi: Qərb ziyalılarını İmamın(r.ə) yolu ilə tanışlığa dəvət etmək lazımdır

7-ci Beynəlxalq İmam Xomeyni(r.ə) və Xarici Siyasət Seminarı “İslami-xəlqi hərəkatlar və İmamın(r.ə) nəzərində dəyişiklik” adı altında bu gün İranın xarici işlər nazirinin iştirakı ilə Tehranda start götürüb.

İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Salehi 7-ci Beynəlxalq İmam Xomeyni(r.ə) və Xarici Siyasət Seminarında deyib: Şübhəsiz müasir islami-xəlqi hərəkatlar İmam Xomeyni(r.ə)-in adı və düşüncələri ilə bağlıdır və o misilsiz şəxsiyyətin təlimləri dəyərləndirmələr üçün başlıca meyar hesab olunur.

Əli Əkbər Salehi əlavə edib: İmam Xomeyni(r.ə)-in baxışında İslam Quruluşunun əsas dayağı və başlıca prinsipi cəmiyyətdə daxili dəyişiklik və təfəkkürə əsaslanan bir hərəkatın formalaşdırılmasıdır. Cəmiyyətin bütün fərdlərinin bu dəyişikliyə məruz qalmadığı zamana kimi islami hərəkatın bünövrəsi və dayaqları möhkəmlənməyəcək.

Ə.Salehi əlavə edib: Cəmiyyətin islam təlimlərindən tədricən uzaqlaşması ilə bu məktəb getdikcə rövnəqdən düşdü və onun dəyərli təlimləri təhrif edildi və ya unuduldu. Amma, İmam Xomeyni(r.ə) belə bir məqamda xilasedici bir çıxış yolu göstərdi. İlk növbədə xalqın etiqadları və inanclarına dəyişiklik edilməli, həqiqi islama qayıdış gerçəkləşməli və ilahi hökmlərin icrasına güclü inam və iman yaradılmalı idi.

İranın xarici işlər naziri İranın müsəlman xalqının qiyamından öncəyə kimi böyük qüdrətlərin dini düşüncələri təhrif etməyə səy göstərdiklərini deyərək, vurğulayıb: İmam Xomeyni(r.ə) islami-xəlqi bir hərəkatın ən ali məqsədini ilahi dəyərlər və dini düşüncələrin bərpa edilməsi hesab edirdi və İslam Hərəkatının hədəflərinin təyin edilməsini ilahi prinsiplərin qorunması üzərində qurdu.

Salehi sonda dedi: Dünya imperializminin İslami Oyanışın mərkəzi oxuna qarşı yönəlmiş səyləri ötən 34 ildə tamamilə təsirsiz olub və düşmənlərin bütün səyləri əslində onların İslami Oyanış Hərəkatı qarşısındakı özünü müdafiə cəhdləridir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu