“Fələstin müqavimətinin sarsıldılması üçün hücumlar dayandırılmamalıdır”

Sionist rejimin müharibə naziri Qəzzə zolağına qarşı hücumların davam etdirilməsinin üzərində təkid edib.

Sionist rejimin müharibə naziri Moşe Yalon ordu qüvvələrinin Qəzzə zolağına hərtərəfli hücuma keçmək üçün hazırlıq vəziyyətində olmasına işarə edərək deyib: Müqavimətin sarsıldılması üçün bu bölgəyə qarşı hücum əməliyyatları dayandırılmamalıdır.

Yalon həmçinin söyləyib: Qəzzə zolağı və İordan çayının Qərb Sahilində Fələstin müqavimətinin sarsıldılması üçün Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin Özünüidarə təşkilatı İsrailin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməlidir.

Sionist rejim ordusunun Qəzzə zolağına qarşı çərşənbə axşamı günkü hücumları iki fələstinlinin şəhid olması və daha bir neçə nəfərin yaralanması il nəticələnib.

↑
Mobil sürümden çık