FələstinXƏBƏRLƏR

Obama fələstinli əsirin övladı ilə görüşməkdən imtina edib

ABŞ prezidenti sionist rejim həbsxanalarından birində saxlanılan bir fələstinli əsirin övladı ilə görüşməyi rədd edib.

Fələstin muxtariyyəti Amerika prezidenti Barak Obamanın sionist rejim həbsxanalarından birində saxlanılan bir fələstinli əsirin övladı ilə görüşməsi haqda ABŞ rəsmilərinə bir xahişi təqdim etmişdi. Lakin Obama bu xahişi rədd edib.

Belə bir halda fələstinli aksiyaçılar Obamanın şəklini cırmaq və yandırmaqla vurğulayıblar ki, Amerika prezidentinin işğal olunmuş Fələstinə səfəri sionist rejimin maraqları istiqamətində planlaşdırılıb və Fələstin xalqı üçün heç bir mənfəəti yoxdur.

Həmçinin Ramullahda bir qrup fələstinli jurnalist ABŞ silahlı qüvvələrinin ali baş komandanı kimi bu ölkənin prezidentinə qarşı şikayət edib.

Bu fələstinli jurnalistlər İraqdakı həmkarlarından birinin 2013-cü ildə ABŞ qüvvələri tərəfindən öldürülməsində Barak Obamanın məsuliyyət daşıdığını bildiriblər.

Fələstinli jurnalist Mazin Dəna 10 il bundan öncə İraqda ABŞ qüvvələri tərəfindən qətlə yetirilmişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu