Fələstinin Fəthül-İntifazə hərəkatı: Suriyanı qorumağa hazırıq

Fələstinin Fəthül-İntifazə hərəkatı ABŞ və Qərbin Suriyaya qarşı ehtimal olunan hücumunu pisləyərək, Suriyanı müdafiə etməyə hazır olduğunu bildirib-“Müqavimətin ən mühüm halqası olaraq Suriyanı müdafiə etməyi özümüzə borc bilirik”.

Fars xəbər agentliyinin məlumatına görə, Suriyadakı fələstinli hərəkatları bildiriblər ki, Suriya uzun illər fələstinli didərginlərə qucaq açaraq, onlara öz ağuşunda yer verib. İndi də fələstinli hərəkatlar Suriya xalqı və dövlətini xarici təcavüzlər qarşısında qorumağı özlərinə borc bilirlər.
Fələstinin Fəthül-İntifazə hərəkatı Suriyada böhranın dərinləşməsi və təzyiqlərin artmasının ardınca, müqavimət cəbhəsində yer alan bu ərəb torpaqlarını müdafiə etməyi öz vəzifəsi hesab edir.
Fələstinin Fəthül-İntifazə hərəkatının mətbuat xidmətinin başçısı Yasir əl-Misri Fars xəbər agentliyi ilə müsahibədə deyib: Amerika və İsrailin müqavimət cəbhəsinin başlıca düşmənləri olmasını nəzərə alaraq, hər an oları hədəfə almağımız tamamilə təbii hadisədir. Xüsusilə Suriyada ki, müqavimətin ön cəbhəsi hesab olunur. Buna görə də Suriyanı ABŞ və Qərbin təcavüzləri qarşısında qorumaq bizim borcumuzdur.
Yasir əl-Misri daha sonra deyib: Biz yaxşı bilirik ki, Suriya ABŞ və İsrailin gözünə batan bir tikan, onların regiona qarşı təcavüzləri müqabilində möhkəm dayanmış bir qaladır.

↑
Mobil sürümden çık