FələstinXƏBƏRLƏR

Fələstinin seçilmiş hökuməti Məscidül-Əqsanın müdafiəsinə çağırıb

Qəzzədə Fələstinin seçilmiş hökumətinin vəqflər və dini məsələlər naziri sionistlərin təcavüzləri qarşısında Məscudül-Əqsanı müdafiəyə çağırıb.

 
Fələstinin seçilmiş hökumətinin vəqflər və dini məsələlər naziri  İsmayıl Rizvan ifratçı sionistlərin eləcə də sionist sakinli şəhərciklərin əhalisinin İsrail hərbçilərinə dəstək adı altında Məscidül-Əqsa ərazilərinə vaxtaşırı təcavüzlərini pisləyib.
İsmayıl Rizvan bütün namaz qılanlardan və dini seminariyaların tələbələrindən istəyib ki, məscidi müdafiəyə qalxaraq ifratçı sionistlərin bu müqəddəs məkana daxil olmalarına imkan verməsinlər.
O həmçinin bütün islam ümməti və ərəb xalqları, ərəb liqası, islami əməkdaşlıq təşkilatı eləcə də bütün beynəlxalq təşkilatlar və insan haqlarını müdafiə qurumlarından sionist rejimin Məscidül-Əqsaya və Fələstin xalqına qarşı təcavüzlərinin davam etməsinə mane olmalarını istəyib.
İfratçı sionistlər və sionist şəhərciklərin sakinləri daim Məscidül-Əqsaya hücum edirlər.
Sionist rejim Məscidül-Əqsanın islami quruluşunu dəyişmək niyyətindədir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu