İranXƏBƏRLƏR

İranın nüvə təsisatlarına qarşı kibernetik hücum qeyri-mümkündür

Ağ Evin anti-terror bölməsinin sabiq sədri İranın nüvə fəaliyyətlərini durdurmaq üçün kibernetik hücumlardan istifadənin artıq qeyri-mümkün olduğuna inandığını bildirib.

Riçard Klark “İsrail Tayms” qəzeti ilə müsahibədə İranın nüvə təsisatlarına qarşı Stax.net virusundan istifadənin zəif cəhətləri haqda deyib: Əgər başqa bir şəxs kibernetik hücumdan istifadə edərsə, bunu tənqid etmək ABŞ üçün çətin olacaq. Çünki, insanlar deyəcəklər ki, sən özün də bu işi görübsən.

R.Klark əlavə edib: Bu virusun digər çatışmayan cəhəti bu idi ki, onun hücum kodu ümumun ixtiyarına verilmiş oldu. Halbuki, belə təsəvvür olunurdu ki, virus özü-özünü məhv edəcək və internet aləmində yayılmayacaq. Amma, bu virus Nətənz nüvə təsisatlarına daxil olduğu yolla internetə də sıçramış oldu və bütün dünyaya yayıldı və digər hədəflərə hücum etməyə cəhd etdi.

Ağ Evin anti-terror idarəsinin sabiq müdiri kibernetik vasitələrdən istifadə ilə İranın nüvə fəaliyyətlərini dayandırmağın mümkün olub-olmaması haqdakı suala gəlincə isə deyib: Mənə elə gəlir ki, ikinci dəfə belə bir üsuldan istifadə son dərəcə çətindir. Çünki, Stax.net ilə bu yolu sınamış olduq. İranlılar artıq daha dəqiq və ayıq davranırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu