Fələstinli müfti Qərzaviyə od püskürdü

Fələstinli Ruhani Şeyx Raid Səlah deyib: “Şeyx Qərzavi Fələstinin nümayəndəsi deyildir və haqqı yoxdur ki, Fələstin haqda fitva versin”.

Səlah deyib: “Yusif Qərzavi elə bir halda Qüdsə səfər etmənin boykot edilməsi haqda fitva veribdir ki, bu şəxsin özü sionistlərin razılığı ilə Qəzzəyə səfər edib”.

Bu fələstinli ruhani sonra deyib: “Qərzavi əslində qardaşına hücum edən və öldürən düşmənə yardım etmək üçün fitva veribdir”.

Səlah Qətər Əmiri haqda da deyib: “ Nə Qətərin Əmiri və nə də dünyada heç kəs fələstinlilərə aid olan ərazilərin mübadiləsini bizə qəbul etdirə bilməz, onlar gedib öz vətənlərini mübadilə etsinlər və islami vəqf olan Fələstin əraziləri məsələlərinə qarışmasınlar”.

O müsəlmanlar və ərəblərdən istəyibdir ki, əl-Əqsa məscidini ziyarət etsinlər.

Səlah həmçinin deyib: “Necə olur ki, Qərzavi əl-Əqsa məscidini ziyarət etməyi haram bilib, amma Qəzzəyə səfəri halal bilib. Əgər Qəzzədə olsa idim, Qərzavinin qarşılanmasına mane olardım”.

↑
Exit mobile version