Fələstinli uşaq Əhməd Cuəbrə bir il müddətinə ev dustağı edildi.
Əl-Qüds televiziyası bildirib: Bu gündən etibarən Əhməd Cuəbrə bir il müddətinə məktəbə getmək və təhsil almaqdan məhrum edilib.
Cuəbrə sionist rejim hərbçilərinə tərəf daş atmaqda ittiham edilir.
Həbs edilməsindən 18 gün sonra və ağır işgəncələrə məruz qalmasının ardınca dünən evinə geri dönən Cuəbrə deyir: İsrail hərbçiləri məni bir neçə saat günəş şüaları altında saxlayır, sonra da yerin altında olan soyuq zindana aparırdılar. Orada məni silahlarının qundağı ilə döyürdülər.
İsrail hərbçilərinə tərəf daş atmaq bu fələstinli uşağa qarşı ən ağır fiziki və ruhi işgəncələrin tətbiq edilməsi üçün yeganə bəhanə idi. Bütün bunlardan sonra İsrail məhkəməsi onun haqqında çıxartdığı bir ilə ev dustağı qərarından geri dönmək istəmir.
Bu məhkəmə həmçinin onu 1100 dollar kompensasiya ödəməyə məhkum edib. O, davamlı olaraq sionist hərbçilərin işgəncələrinə və haqsızlıqlara məruz qalan onlarla fələstinli uşaqdan biridir.
Yunisef-in məlumatına görə ötən 10 ildə 7000-dən çox fələstinli uşaq sionist rejim tərəfindən həbs edilib.
İsrail hərbçiləri fələstinli uşaqları işgəncə edir, uşaq hüquqları ilə bağlı beynəlxalq qanunları kobud formada pozurlar.
İsrailin Betsim Təşkilatı da öz hesabatında bu məlumatları təsdiq edib. Bu hesabatda bildirilir ki, hazırda İsrail məhbəslərində 200-dən artıq uşaq var. Bu məlumata görə, uşaqlardan 95-i İsrail məhkəməsi tərəfindən mühakimə olunub, 116 nəfərinin isə hələ mühakimə olunmayıb. Uşaqlardan 8-i haqda isə istintaq işləri aparılmaqdadır.