DünyaFələstinXƏBƏRLƏR

Fələstinlilər Obamanın səfərinə etiraz edir

Fələstinlilər Obamanın səfərinə etiraz edirilər işğal olunmuş İordan çayının qərb sahillərində aksiya keçirərək ABŞ prezidenti Barak Obamanın səfərinə öz etirazlarını bildiriblər.

Fələstinlilər Barak Obamanın şəkillərini tapdalayıb, avtomobillərin altına salıb və sonra onları yandırıblar.

Obama çərşənbə günü 3 gün müddətinə işğal olunmuş ərazilərə səfər edəcək və bir gün sonra İordan çayının qərb sahillərinə getməlidir. Məlumatı Səhər telekanalı internet portalı verib.

Bir çox fələstinli ABŞ prezidentini İsrail rejiminin ədalətsiz olaraq himayə olunması istiqamətində öz sələfilərinin siyasətini davam etdirməkdə ittiham edir.

Onlar bildirirlər ki, Obama işğal olunmuş Fələstin ərazilərində İsrail rejiminin qeyri-qanuni qəsəbə salma prosesinin, eləcə də fələstinlilərin vəhşiliklə həbs olunmasında sionist hərbçilərin hərəkətlərinin dayandırılması istiqamətində yetərli addımlar atmayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu