FələstinXƏBƏRLƏR

Fələstinlilərin həbsi davam edir

Sionist hərbçilər Fələstin vətəndaşlarının həbsinin davamında İordan çayının qərb sahillərindəki müxtəlif bölgələrdə ən azı 16 fələstinlini oğurlayıblar.

İsrail rejimi ordusu qüvvələri bu gün səhər İordan çayının qərb sahillərinin cənubu və işğal olunmuş Qüdsdə əl-Xəlil və Beyt Ləhm şəhərlərinə basqın edərək 16 fələstinlini həbs ediblər.

Bu məlumata görə, sionist hərbçilər fələstinlilərin mənzillərinə soxulub və bölgədə axtarış aparıblar.

Sionist hərbçilərin əl-Xəlil şəhərində fələstinlilərin Meysərə Əbu Həmdiyyənin şəhadətinə etiraz olaraq keçirdikləri aksiyaya hücumunda ən azı 50 nəfər gözyaşardıcı qaz və rezin güllələrdən istifadə olunduğuna görə yaralanıb.

Əbu Həmdiyyənin şəhadətinə etiraz olaraq Beytül-Müqəddəsdə fələstinlilərin çərşənbə günü keçirdiyi dinc aksiya da sionist rejim təhlükəsizlik qüvvələrinin hücumu ilə üzləşib. Belə ki, bu hücumda onlarla fələstinli etirazçı yaralanıb və 11 nəfər də həbs olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu