İran İslam Respublikası prezidenti region ölkələri arasında böhran və ixtilaf yaratmaq məqsədilə olan xarici fitnəkar planlar qarşısında region ölkələri arasında əməkdaşlıqlar və vəhdətin genişlənməsi zərurətinə təkid etdi.
Həsən Ruhani Tehranda İraq Parlamentinin sədri Osamə Nəcifi ilə görüşdə regionun hazırkı həssas və mürəkkəb vəziyyətinə işarə edərək, deyib: Yaxın və Orta-Şərq məntəqəsinə təhlükəsizlik və sabitliyin geri qayıtması region ölkələri arasında məzhəb zəminində toqquşmalar və ixtilaflar yaratmaq məqsədilə xarici fitnəkar planlar qarşısında region ölkələrinin əməkdaşlıqları, işbirlikləri və həmfikir olmalarının genişlənməsinə ehtiyaclıdır.
İstilaçı qüdrətlərin regionda öz istilalarını qorumaq üçün daim ixtilafları qızışdırdıqlarını bildirən İran prezidenti sonra deyib: Onlar daim şiələr və sünnilər arasında ixtilaf törətmək ardıncadırlar. Bu elə bir haldadır ki, bundan öncə regiondakı müxtəlif din və məzhəblərin davamçıları bir-birlərinin yanında dinc yaşayışa malik olublar.