İslam Respublikası ordusu dəniz qoşunları komandanı deyib: Dünyanın ən mühüm boğazı və şahyolu kimi tanınan Fras Körfəzi və Oman dənizinin nəzarəti İran İslam Respublikasının şücaətli sərhədçilərinin əlindədir.
Kontr-admiral Həbbibullah Səyyari İranın cənubunda yerləşən Şiraz Universitetində Fras Körfəzi milligünü münasibəti ilə keçirilən tədbirdə tarix boyu mütəmadi şəkildə Fars Körfəzi adı ilə tanınmış su sahəsi əsas adı yerinə digər qondarma sözlərin işlədilməsinin təsirsiz və uğursuz oduğuna toxunub və deyib: Fars Körfəzi sözü neçə əsr bundan əvvəldən Fars Körfəzi olmuşdur və daima Fars Körfəzi də qalacaqdır.
İranın Dəniz qüvvələrinin baş komandanı deyib: Fars Körfəzi iranlıların tək-təki üçün böyük fəxr sayılır və Fars Körfəzi sözü yerinə başqa söz işlədən hər kimsə sərt şəkildə cavablandırılacaq.
Kont -admiral Səyyari İran İslam Respublikası dəniz qoşunlarının ən böyük fəxrlərindən birinin də sərhədlərin təhlükəsizliyinin təmini olduğunu deyərək açıqlayıb: İran İslam Respublikasının güclü dəniz qüvvələri Ədən Körfəzində iştirak edərək, keçmiş illərdə iki min müxtəlif tipli gəmilərinin gəliş-gedişinin təhlükəsizliyini təmin ediblər.
Qeyd etmək lazımdır ki, İranın rəsmi təqvimində hər il 30 aprel Milli Fars Körfəzi günü kimi qeydə alınır.