İraq şiələrinin böyük təqlid mərcəyinin nümayəndəsi Hüseyn(ə) əzadarlarının himayəsi və təhlükəsizliyinin təmin edilməsini istəyib.
İraqın Süməriyyə xəbər portalının məlumatına görə, İraq şiələrinin böyük təqlid mərcəyinin nümayəndəsi Seyid Əhməd Əl-Safi Kərbəlada cümə namazı xütbələrində deyib: Mərkəzi dövlət və yerli məsul şəxslər İraq ordusunun qələbələrinin davam etməsi üçün onları himayə etməlidirlər.
Əhməd Əl-Safi həmçinin Məhərrəm ayı günlərində Hüseyn(ə) əzadarlarının təhlükəsizliyinin qorunması vacibliyinə toxunaraq, təhlükəsizlik qüvvələrindən istəyibdir ki, terrorçuların əzadarlara qarşı ehtimal olunan hücumları ilə bağlı sayıq olsunlar.