AsyaDünyaİranTürkiyəXƏBƏRLƏR

İran səfirliyi Türkiyədə bir mədəndə baş vermiş faciə qurbanlarına hörmət əlaməti olaraq İran bayrağını yarı endirib

İranın Türkiyədəki səfirliyi bu ölkədə bir daş-kömür mədənində baş vermiş faciədə iki yüz otuz doqquz nəfərin həyatını itirməsinin ardınca Türkiyədə ümumi matəmin elan edilməsi ilə, baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi keçirdiyini bildirərək, bu faciənin qəminə şərik çıxdığını bildirib.

İRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani də türkiyəli həmkarına ünvanladığı müraciətdə bir qrup insanın ölümü ilə nəticələnən hadisəyə görə başsağlığı verib.
İİR XİN sözçüsü Mərziyə Əfxəm də Türkiyənin Manisa vilayətində Suma daş-kömür mədənində baş vermiş faciə ilə əlaqədar Türkiyə dövləti və xalqına habelə, hadisə qurbanlarının yaxınlarına başsağlığı verib

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu