Suriya baş naziri deyib: İsrail rejiminin Suriyaya qarşı terror hücumlarının ardınca artıq geriyə yol yoxdur.
Vail əl-Həlqi “Suriyanın xilası üzrə Milli Cərəyan”ın üzvləri ilə görüşdə deyib: İsrailin bu terror hücumlarının ardınca bu gündən sonra artıq şübhəyə, tərəddüdə, güzəştə getməyə, işdən boyun qaçırmağa və sükut etməyə yer qalmır. Suriya bizə səhlənkarlıq icazəsi verməyəcək, onu müdafiədə və qorumaqda laqeyd ola bilmərik.
Suriya baş naziri əlavə edib: Xalq və onu təşkil edən bütün qruplar bu fitnə əleyhinə birləşməli və onu yatırmalıdırlar. Yeni, güclü və məğlubedilməz Suriya qurulmalıdır.
O sonda deyib: Bu fitnənin mahiyyəti, terrorçu qruplaşmalarla İsrail rejimi arasındakı anlaşmanı və ahəngdarlığı hamı üçün ifşa etmiş oldu.