AsyaDünyaQarabağXƏBƏRLƏR

Bibiheybətddə yerləşən obyekt Qarabağ qazisi Zaur Həsənova məxsus olub

Qarabağ müharibəsinin bir qrup veteranı dekabrın 26-da Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevlə görüşüb.

Görüşdə özünü yandıran müharibə veteranı Zaur Həsənovla bağlı müzakirə aparılıb. Qazi Firudin Məmmədov deyib ki, Zaur Həsənovun vəziyyəti çox ağırdır: “Əsas tələbimiz bu oldu ki, onun müalicəsinə yardım etsinlər. Səttar Mehbalıyev söz verdi ki, kömək edəcəklər. Digər tələbimiz Zaurun mülkünün özünə qaytarılmasıdır”.
Bibiheybət qəsəbəsində yerləşən obyekt bir il öncəyə qədər Qarabağ qazisi Zaur Həsənova məxsus olub.

O, 25 dekabrda obyektinin qanunsuz sökülməsinə etiraz olaraq Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında özünü yandırıb. Konfederasiyanın sədri Səttar Mehbalıyev iddia ki, ərazi İttifaqa məxsusdur.

Qarabağ əlilinin özünü yandırma həddinə çatdırılmasına etiraz olaraq Bakının Fəvvarələr meydanına aksiya təyin edilib. Aksiyanın təşkilatçısı Qarabağ qazisi Asif Yusiflidir. Bununla bağlı o, “Facebook” şəbəkəsində “Qaziləri yandırma!” virtual qrupu yaradıb və aksiya elanını da bu qrup vasitəsilə yayıb.
Aksiya dekabrın 28-i saat 15-ə təyin olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu