Filadelfiyada qanlı insident

Filadelfiyada bir binada çıxan silahlı insident bir nəfərin həyatına son qoydu.

ABŞ polisi ötən gecə Filadelfiyada bir binada bir şəxsin odlu silahdan aldığı yara nəticəsində həyatını itirdiyini bildirib.

Şahid ifadələrinə əsasən bu şəxs yerli vaxtla saat 9-da zorla binaya soxulmağa çalışıb. Amma, binadakı kirayəneşinlər ona atəş açıblar. Nəticədə, həmin şəxs aldığı yaralar üzündən həyatını itirib.

Amerikada silah gəzdirməyin azad olduğunu nəzərə alaraq, hər gün bu ölkədə qanlı hadisələr baş verir.

Orta hesabla hər il Amerikada 25 min nəfər silahlı insidentlər zamanı həyatını itirir.

Exit mobile version