Filippin hökuməti bu ölkədə Hayyan qasırğasının tələfatının sayının artdığını bildirib.
Filippinin təbii fəlakətlərlə mübarizə üzrə milli mərkəzi bildirib ki, bu ölkədə tüğyan edən Hayyan tufanı tələfatının sayı 3 min 982 nəfərə çatıb və 267 nəfər də yaralanıb.
Bu mərkəz bildirib: Filippinin mərkəzi bölgələrini bir həftədən çox öz caynağına alan bu tufan nəticəsində 1602 nəfər itkin düşüb. Filippində Hayyan tufanı indiyə qədər bu ölkənin ərazilərinə və kənd təsərrüfatı məhsullarına külli miqdarda ziyan vurub. Hesablamalara görə, bu xəsarət 269 milyon 120 min dollardan yuxarıdır.
