BəhreynXƏBƏRLƏR

“Formula-1” yarışları Ali-Xəlifənin cinayətlərinin ifşası meydanına çevrilib

Bəhreynin İslami Vifaq Cəmiyyətinin Məsləhət Şurasının sədri müxtəlif beynəlxalq mediaların iştirakı ilə keçirilən “Formula-1” avtomobil yarışlarını Ali-Xəlifə rejiminin bu ölkə xalqına qarşı cinayətlərinin əks olunması üçün zəmin adlandırıb.

Cəmil Kazım Əl-Aləmlə müsahibədə bildirib: Bəhreyndə xalq etirazlarının “Formula-1” yarışları ilə əlaqəsi yoxdur. Bu etirazlar öncədən vardı və bundan sonra da davam edəcəkdir.

Kazım əlavə edib: 24 ay öncədən başlayan və hazırda davam edən Bəhreyn xalqının etirazları “Formula-1” avtomobil yarışlarının keçirilməsi ilə yaranan şərait sayəsində artmış və bu sahədə gözəçarpacaq uğur əldə olunmuşdur. Çünki bu yarışlarda olan bir çox media fəalı Bəhreynin vəziyyətinin həqiqətlərindən məlumatlandı və xalq etirazlarını əks etdirdi.

Kazım qeyd edib ki, Bəzi xarici mediaların nümayəndələri cümə namazında iştirak edərək, Bəhreyn xalqının Ali-Xəlifə rejiminə qarşı etiraz səhnələrinin xəbər və reportajlarını hazırlaya bilmişlər. Bu məsələ səbəb olub ki, bir İngiltərə mediasının 2 fəalı həbs olunaraq ,öz ölkəsinə göndərilsin.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı