Prezident: Azərbaycanda bütün dinlərə hörmət dövlət siyasətidir
Azərbaycan respublikası prezidenti bildirib ki, Bu gün Azərbaycanda bütün dinlərin abidələrinin bərpası, qorunması dövlət siyasətidir.
Azərbaycan respublikası prezidenti İlham Əliyev oktyabrın 31-də Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edib.
Prezident İlham Əliyev belə tədbirlərin Azərbaycanda keçirilməsini təbii hesab edib, bildiribki, Bu gün Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin tarixi abidələri qorunur, bərpa edilir. Bütün dinlərin abidələrinin bərpası, qorunması dövlət siyasətidir.
Beynəlxalq təşkilatların Azərbaycanla bağlı ikili standartlarından şikayərlənən Azərbaycan respublikası prezidenti qey edib: “ Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz prinsipial mövqeyini sənədlərdə əks etdirmişlər. Ancaq əfsuslar olsun ki, bu qərarlar, qətnamələr icra edilmir. Onların qəbul etdiyi qərarlar kağızda qalır, icra edilmir.”
İlham Əliyev iki dövr prezidenliyi illərdə Azərbaycanın iqtisadiyyatının dünyada rekorda malik olduğunu önə çəkib: “Son 10 il ərzində aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatı 3,4 dəfə artmışdır. Büdcə gəlirləri 20 dəfə, maaşlar təxminən 6 dəfə, pensiyalar 9 dəfə artmışdır. On il bundan əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi. Aparılmış islahatlar nəticəsində bu gün cəmi 5,5 faizdir. Aparılan islahatlar nəticəsində 10 ildə Azərbaycanda bir milyon 200 min iş yeri açılmışdır. Hazırda Azərbaycanda işsizlik 4,8 faizdir. Bu, dünya rekordudur.”
Dövlət başçısı seçki qabağı bəzi şuarlardan incik qaldığını da gizlətmədi: “ Bir çox hallarda siyasətçilərin qeyri-real, populist seçkiqabağı vədləri gələcəkdə iqtisadi problemlərə gətirib çıxarır. Çünki populist vədlər və ondan sonra onların icrası bir çox hallarda əsassız borclanmaya gətirib çıxarır. Biz çox ciddi sosial siyasət aparmışıq, aparırıq və aparacağıq. Ancaq bunun mənbəyi Azərbaycan iqtisadiyyatıdır. “
Azərbaycanın kosmik dövlətlərin sırasına daxil olduğunu xatırladan prezident, Azərbaycanda azad internet və azad medianın olduğunu dedi: “Azərbaycanda internet tam azaddır və əhalimizin 70 faizi internet istifadəçisidir. Belə olan halda azad medianın inkişafı əlbəttə ki, əsas şərtdir. Azərbaycanda azad media mövcuddur. Burada heç bir müdaxilədən söhbət gedə bilməz. Əfsuslar olsun ki, dünya mediasında, o cümlədən Azərbaycanda da daha çox qanqaraldıcı xəbərlər ön plandadır, daha çox sensasiyalara, fəlakətlərə, terror aktlarına üstünlük verilir.”
Azərbaycan respublikası prezidenti sonda ölkəsində demokratiyanın inkişafını, insan hüquqlarının qorunmasını, azad cəmiyyətin formalaşması istiqamətində ciddi islahatların aparılmasını qonağlara eşitdirdi.