İtaliya xarici işlər naziri qərb rəhbərlərinə xəbərdarlıq edib ki, İranla danışıqlar fürsətini itirməsinlər.
İtaliya xarici işlər naziri xanım Ema Bonino cümə günü qərb ölkələrinə xatırladıb: İranla anlaşmanın yarımaçıq pəncərəsi həmişə açıq qalmayacaq və İran hökuməti də bunu vurğulayır.
Xanım Bonino digər Avropa rəsmilərinə İrana səfər etməyi təklif edərək deyib: Mən İrandan geri döndüyümdə bu səfər barəsində qərbli əməkdaşlarıma məlumat təqdim etdim. Çünki bu qənaətdəyəm ki, bu ölkə barəsində bildiklərimizin hamısını münasibətlər pəncərəsini açıq saxlamaq üçün digər ölkələrlə paylaşmalıyıq.