İslam Şurası Məclisinin sədr əvəzi deyib: İran xalqının qudrəti və gücü, Qərbi İran qarşısında öncəki mövqeyindən geri çəkilməyə, nüvə müzakirələri masasının arxasına keçməyə vadar edib.
Məhəmməd Həsən Əbutorabifərd ötən gün İranın cənubunda yerləşən Buşehr vilayətinin Borazcan şəhərində keçirilən tədbirdəki çıxışında deyib: İranın nüvə dosiyası TŞ-yə verildiyi zaman İranda yalnız 194 sentrifuqa işləyirdi hal bu ki qərblilər hal-hazırda 19 min sentrifuqa işlədiyi halda bizimlə müzakirə aparırlar.
İran İslam Şurası Məclisinin sədr əvəzi bildirib: İran İslam Respublikasının nailiyyətləri saysızdır və tək-tənha bütün dünya şeytanları qarşısında dayanmaq və bütün problemlərə qələbə çalmaq da sözsüz ki, İran xalqının ilahi inqilabının ən böyük nailiyyəti hesab olur.
Əbutorfabifərd bəyan edib ki, İran xalqının inqilabdan sonra bütün sahələrdə baş verən hadisələr, o cümlədən qəbul etdirilmiş 8 illik müharibə dönəmi, sanksiyalar və hədələr qarşısında tam izzətlə dayanmasının nəticələri o zaman gözə çarpır ki, xalq həmrəyliklə İslam İnqilabının ildünümü günü münasibəti ilə təşkil olunan həmrəyilik yürüşlərində iştirak etməklə düşmənləri məyus edir.