Bəhreyn vətəndaşları mitinqdə iştirak edərək, siyasi məhbusların işgəncə edilməsi haqda müstəqil faktaraşdırıcı komitənin təsis edilməsini istəyiblər.
Bəhreyn vətəndaşları cümə günü axşam paytaxt Manamada mitinq təşkil edərək, inqilabçıların işgəncə edilməsi ilə bağlı araşdırmaların aparılması üçün müstəqil faktaraşdırıcı komitənin təsis edilməsini istəyiblər.
Bəhreyn vətəndaşları siyasi məhbusların dərhal azad edilməsi və onlara qarşı işgəncənin durdurulmasını istəyiblər.
Bəhreynin Milli Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salman bu mitinqin kənarında jurnalistlərə verdiyi açıqlamada Bəhreyndə insan haqlarının kobud şəkildə pozulmasını pisləyərək, bunun durdurulmasını istəyib.
Şeyx Əli Salman daha sonra deyib: Bəhreyn xalqı, xalq hökumətinin təşkil edilməsini istəyir. Xalq artıq Ali-Xəlifə rejiminin zülmləri və ədalətsizliklərindən yolurub.