İranXƏBƏRLƏR

İran xarici xəstələrə xüsusi tibbi şəhərcikləri yaradır

Bu konqresdə həmçinin xaricdən İrana gələn xəstələrə daha yaxşı tibb xidmətlərin təqdim olunması yolları araşdırılıb.

Təbriz İranın sənaye qütblərindən biri olaraq tibb elmləri sahəsində də İranın önəmli mərkəzlərindən biridir.

Son illər ərzində İranda tibbi inkişafı nəzərə alaraq İranın qonşu ölkələrindən çoxlu xarici vətəndaş Təbiri müalicə üçün seçmişlər. Bu arada Təbrizin tibb üzrə məsul şəxsləri də müalicə xidmətlərinin yüksəldilməsi üçün çoxlu səylər göstəriblər ki, müasir elmi inkişaflardan yararlansınlar.

İranın və ölkədən kənar etibarlı universitetlərin müəllimləri və təcrübəli həkimlərinin dəvət olunması və etibarlı tibb elmi konfranslarında onların iştirak etmələri İranı modern təcrübələrlə zənginləşdirmişdir.

Bu istiqamətdə xüsusi tibbi konqreslər də tibb elminin inkişafının yollarından biri ola bilər. Daha dəqiq desək nəzərdə tutulan mehvər üzərində təmərküz olunur. Təbrizdə fiziologiya və əczaçılıq sahəsində iranlı və xarici müəllimlər təcrübələrdən də faydalanıblar.

İranın sabiq səhiyyə naziri və İran parlamentinin səhiyyə komissiyasının üzvü doktor Məsud Pezeşkian xaricdən İrana müalicə üçün gələn xəstələrə daha yaxşı müalicə xidmətlərinin təqdim olunacağını bildirərək deyib: İran parlamenti xaricilərə xüsusi tibbi şəhərciklərin yaradılmasını araşdırmaqdadır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu