Ayətullah Safi-Qolpayeqani bir müraciətdə deyib: Demək gərəkdir ki, Fatimiyyə Aşuradır, Fatimiyyə Qədr gecəsidir, Fatimiyyə Qədire Xum və on beş şəbandır və Fatimiyyə, yəni haqqın nahaqq üzərində qələbəsi.
بسم الله الرحمن الرحیم
اللّهم صلّ علی محمّد و أهل بیته و صل علی البتول الطاهرة الصدیقة المعصومة التقیة النقیة الرضیة المرضیة المظلومة المقهورة، المغصوبة حقّها، الممنوعة إرثها، المکسورة ضلعها، المظلوم بعلها، المقتول ولدها، فاطمة بنت رسولک و بضعة لحمه، حبیبة المصطفی و قرینة المرتضی و علی أبیها و بعلها و بنیها.
Həzrəti Siddiqeyi Tahirə, Fatimeyi Zəhra(s) əslində özünün böyük atası- Həzrəti Xatəm-ul-Ənbiya(s.ə.s)-in əslinə uyğun bir nüsxədir və Əhli-Beyt(ə) arasında xas dərəcə və əzəmətə malikdir ki, bütün imamlar(ə) onun varlığı ilə iftixar edirlər.
O müqəddəs varlıq bütün Əhli-Beyt(ə) üçün höccətdir, yəni özlərinin haqlılıqları və qəsbkarlar və zalımların batil edilməsi üçün o böyük şəxsiyyətin mövcudluğuna dəlalət edirlər. Bütün Əhi-Beyt(ə) dəlildir, lakin bu baxımdan Həzrəti Zəhra(s)-ın dəlili hamıdan artıqdır.
O, elm və istiqamətləndirmə mənasında imamlığa malik idi və İslamın birinci qadını kimi paklıq, təmizlik və lütfkarlıqda onun varlığı ülgü və nümunə idi. Kişilərə məxsus olan yerlərdə iştirak onun kimi bir qadın üçün öz müqəddəs, ehtiyacsız və yüksək dərəcəsindən kənara çəkilərək, həmkarlıq etməkdir.
Həzrəti Zəhra(ə)-ın möcüzələrindən biri, onun hazırlaşmadan birbaşa çıxış etməsi idi ki, baş vermiş o çevriliş və repressiya atmosferində və Əziz İslam Peyğəmbəri(s.ə.s)-ın rehləti kimi o ürəkyandıran və böyük müsibət və digər müsibətlərlə bir zamanda gözəl bir çıxışın kulminasiya nöqtəsində dilə gətirdi.
O həzrətin fəzilətləri həddən ziyadədir; elə bu məşhur hədis müxtəsər olmuş olsa da yüksək və mühüm mənaya malikdir. Həzrəti Mehdi(əc)—dək bu rəvayətdən və yüksək və mühüm həqiqətlərdən istifadə olunur:
«إِنَّ اللهَ تَعالى یَغْضبُ لِغَضَبِ فَاطمةَ وَ یَرْضَى لِرِضَاهَا»
Başqa bir hədis də vardır ki, Böyük İslam Peyğəmbəri(s.ə.s) öz əzizinə təskinlik vermək və ürəyini oxşamaq istəyərkən buyurublar:
“أبشری یا فَاطِمة إنّ المَهْدِیّ منک”
Bu, çox mühümdür ki, varlıqlar və məxluqlar aləminin birinci şəxsi öz əziz qızını qarşıdan gələn müsibətlərə dözmək üçün hazırlamaq və psixoloji cəhətdən dincəltməkdən ötrü bu cür urək oxşayır ki, Mehdi səndəndir, yəni hamı səndən və sənin üçündür və dünyanın seyri sənə doğru və haqqın nahaqq və nurun qaranlıq üzərində qələbəsi sənin üçündür.
Qeyd edilməli olan digər bir mühüm cəhət, Fatimiyyənin əziz tutulmasıdır. Fatimə(s)-nın mövqeləri, Fatimənin xüsisiyyəti və zahidliyi, Fatimənin ibadəti, Fatimə(ə)-ın elm və hikməti həmişə tədbirlərdən olmalıdır və çıxışlarda, yazılarda və hər bir münasib fürsətdə onu açıb demək gərəkdir.
Bu Fatimiyyələrdə o həzrətin ilahi şəxsiyyəti yüksək dəyərləndirilməli, ona təzim edilməlidir. Bu gün biz İslamın o böyük qadınına ehtiyac duyuruq. Cəmiyyətimiz o həzrətin ən yaxşı üsul və üslub olduğu həyat yoldaşı ilə keçinmək və övlad tərbiyəsi metodunun ardınca getməyə ehtiyaclıdır. O həzrətin kəlmələri bütün qadınlar və hətta kişilər üçün də həyat təlimi olmalıdır.
Bəli! Fatimiyyə bir tarixdir, Fatimiyyə, yəni zalımların başlarına fəryad çəkmək, Fatimiyyə, yəni cihad, Fatimiyyə, yəni Həzrəti Mehdi(ə)-ın ilahi hökuməti günü.
Və demək lazımdır ki, Fatimiyyə Aşuradır, Fatimiyyə Qədr gesəsidir, Fatimiyyə Qədiri Xum və on beş şəbandır və Fatimiyyə, yəni haqqın nahaqq üzərində qələbəsi günüdür.
Və siz xalisliklə xidmət edənlər, öz qədir və dərəcənizi bilin və Allaha bu böyük nemətə və bu Fatimi vəzifəyə görə şükr edin və müqəddəs Məşhəd şəhərində Həzrəti Samin-ul-Əyimmə, Əli ibn Musa Əl-Riza(ə)-ın nurlu məqbərəsi ətrafında keçirilən “Sınmış qaş” matəminin xadimləri bu böyük iftixarla fəxr edərək, onun qədrini bilsinlər.
Allahın salamı Fatimiyyəlilərə olsun! Allahın salamı və rəhməti Fatimi matəm heyətlərinə olsun və vəssəlamu ələykum və rəhmətullahu və bərəkatuhu.