
Malidə Fransanın fərmanı altında olan müharibə minlərlə nəfəri evsiz-eşiksiz edibdir və bu ölkənin şimal məntəqələrində ciddi insani böhran yaradıbdır.
Press TV müxbirinin şənbə günü (16 fevral, 28 bəhman)Malinin şimalından verdiyi məlumata görə, bu məntəqənin xalqı bildirirlər ki, Fransa və bu ölkənin hərbi başçıları müharibədən zərər çəkmiş məntəqələrə humanitar yardımların çatdırılmasına mane olurlar.
Bu məlumata görə Malinin şimal məntəqələrinin sakinləri Mali və Fransa hərbçilərinin bu məntəqə yollarının bağlanması üzrə hərəkətlərinə işarə edərək, bildirirlər ki, bu hərəkətlər didərginlərin bir neçə düşərgəsində səhiyyə və müalicə mərkəzləri işçilərinin fəaliyyətinə mənfi təsir buraxıb.
Bu məntəqə əhalisinin bildirdiyinə görə düşərgələrin əksəriyyəti lazımi həyati maddələr, o cümlədən kəskin qida və ərzaq məhsulları və dərman çatışmazlığı ilə üzləşiblər.
Fransanın Maliyə hərbi müdaxiləsi cümə günü(11 yanvar, 22 dey) üsyançıların irəliləməsinin qarşısını almaq bəhanəsi ilə hava hücumları ilə başlandı.
Mali ölkəsi 15 milyondan çox əhaliyə malikdir və dünyanın ən yoxsul ölkələrindən hesab edilər.