Fransa təhlükəsizlik zonasını genişləndirməyi qarşıya məqsəd qoyub

Fransanın Daxili İşlər Nazirliyi ölkədə cinayət işlərinin genişləndirilməsini cilovlamaq məqsədi ilə bu gün dekabrın 11-i təhlükəsizlik tədbirləri altında qərar tutan məntəqələrin siyahısına daha 16 bölgəni əlavə etdi.

DİN-nin bu qərarı ardınca Fransada xüsusi təhlükəsizlik tədbirləri həyata keçirilən məntəqələrin sayı 80-ə çatıb.
Fransada müxalifətdə olan partiyaların hakimiyyəti təhlükəsizlik tədbirlərini genişləndirməkdə və ölkədə bələdiyyə seçkiləri astanasında xalq məfkurəsini cəlb etməyə səy göstərməkdə ittihamlandırdığı bir halda Fransanın DİN elan edib: Təhlükəsizlik zonasının genişləndirilməsi bu seçkilərə əsla dəxli yoxdur.
Fransa hakimiyyəti ölkədə cinayət faktlarını cilovlamaqda bacarıqsızlıqda ittihamlandırılıb.
Politoloqların qənaətincə Fransada sabitliyin ayaq alıb getməsi seçiciləri rəqib cinahlara xüsusilə də milli cəbhə namizədlərinə maraq göstərməyə səbəb olub.

↑
Mobil sürümden çık