Rəsmi Tehran Rəsmi Bakının jestlərini qiymətləndirdi
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Abbas İraqçı son zamanlar anti-İran separatçı qrupların fəaliyyətinin qarşısının alınması ilə bağlı Bakıdan daxil olan müsbət siqnallarla bağlı Səhər kanalı müxbirinin sualını belə cavablandırıb : “Müsbət siqnallar haqda demək lazımdır ki, ötən aylar ərzində bu kimi siqnallar daxil olmağa başlayıb. Bu bizim üçün sevindirici haldır ki, Azərbaycan anti-İran ünsürlərə qarşı çıxır. Ümidvaram bu proses davam etsin. Çünki bu, iki ölkənin bir-birinə yaxınlaşmasının və İran ilə dostluğun əsas göstəricilərindən sayılır.”
Abbas İraqçı Azərbaycanda tədris olunan dərsliklərdəki təhrif olunmuş materiallara düzəlişin edilməsi ilə bağlı gözləntilər barəsində isə vurğulayıb : “Dərslik məsələsinə çox yerində işarə etdiniz. Bu məsələ bir çox mütəxəssis və tarixçi tərəfindən qınaq obyektinə çevrilib. Biz də bu məsələni Azərbaycan tərəfinin diqqətinə çatdırmışıq və qərara alınıb ki, tamamilə texniki iclasların təşkil edilməsi yolu ilə mütəxəssislər və tarixçilər bu məsələni araşdırsınlar ki, lazımi düzəlişlər edilsin.”