Ramazan ayının ərəfəsində Fransada İslam radiosunun verilişləri yayıma başlayıb.
“İslam 365” bazası müsəlmanlar üçün özəl proqramlar hazırlayaraq internet radiosunu istifadəyə verib.
Bu vebsayt Fransa dilində islam dini barədə müxtəlif məqalələr nəşr edir və mübarək ramazan ayının ərəfəsində internetdə radio verilişlərini yayımlamağa başlayıb.
Hazırda bu radio gündəlik 12 saat veriliş yayır. Ancaq mübarək ramazan ayının başlanması ilə sutkalıq verilişlər yayacaqdır.