AsyaAzərbaycanDünyaXƏBƏRLƏR

Azəri səfir: İranla əməkdaşlıqların genişləndirilməsi üçün yeni atmosfer yaranıb

Az. R-nin İrandakı səfiri söyləyib: İki ölkənin dərin tarixi ortaqlıqları var və Tehran-Bakı əlaqələrinin genişləndirilməsi üçün yeni şərait yaranıb.

Cavanşir Axundov bazar ertəsi Tehranda Ərdəbil ostanının valisi Məcid Xodabəxşlə görüşərək Az. R. prezidenti İlham Əliyevin İrana səfəri və iqtisadiyyat sahəsində 4 əhəmiyyətli sənədin imzalanmasına işarə edərək əlavə edib : İki ölkə arası investisiya qoymaq və iqtisadi əməkdaşlıq üçün münbit şərait var.
Axundov iki ölkənin dəmir yollarının qovuşmasına təkid edərək əlavə edib: Ərdəbil dəmiryolu layihəsinin icra edilib və Az. R-nin dəmiryolu ilə əlaqələndirilməsi iki ölkənin iqtisadi əlaqələrinin genişləndirilməsinə münasib şərait yaradır.
Ərdəbil ostanının icra hakimi də 2 xalqın mədəni ortaqlıqlarına işarə edərək söyləyib: Az. R-nin İrana son səfəri və İslam İnqilabı və İran prezidenti ilə görüşü iki xalq və ölkənin daha yaxınlaşmasına zəmin yaratmışdır.
Xodabəxş Az. R-nin investorlarından dəvət edib Ərdəbil ostanına səfər edib bu ostanın potensialları və layihələri ilə tanış olsunlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu