Sionist rejim hərbçiləri İordan Çayının Qərb Sahilində bir qrup fələstinlini yaralayıblar.
Fələstinin Vəfa xəbər agentliyinin məlumatına görə, Sionist rejim hərbçiləri çərşənbə günü səhər çağı ( 13 noyabr ) Cenin şəhərində Ber Əl-Başa kəndində fələstinli azadalardan üçünün mənzilini hücuma məruz ediblər.
Hücum zamanı qarşıdurma baş verib.
Sionist hərbçiləri fələstinlilərin üstünə gözyaşardıcı qazdan istifadə ediblər.
Hadisədə bir neçə nəfər fələstinli yaralanıb.
Sionist rejim qüvvələri habelə İordan çayının Qərb Sahilində Əl-Xəlil şəhərində, 3 , 11 , 12 və 14 yaşlı yeniyetməni girov götürüb və özləri ilə naməlum yerə aparıblar.
Sionist əsgərlər Əl-Xəlil və Beyt Əmrin şimalında həmçinin İordan Çayının digər məntəqələrində buraxılış-yoxlama postları yaradaraq fələstinlilər və onların maşınlarını yoxlayıblar.