
Azərbaycana səfər etmək istəyən iranlılar nəyə diqqət etməlidirlər?
İran İslam Respublikasının Bakıdakı səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi Azərbaycana səfər etmək istəyən iranlılardan istəyib ki, səfər zamanı ehtimal olunan problemlərlə üzləşməmək üçün Azərbaycan qanunları xüsusilə də viza və dərman preparatlarının saxlanılması və daşınması qaydaları ilə yaxından tanış olsunlar ki, səfər zamanı xoşagəlməz hadisələrlə üzləşməsinlər.
Seyid Möhsün Molayi Bakıda İRİB ilə müsahibədə deyib: Narkotik maddələr və hətta, bəzi ağrıkəsici dərmanlarla bağlı Azərbaycan qanunları son dərəcə kəskindir. Hətta, bəzi ölkələrdə yüngül cinayət hesab olunan və nağd cərimə ödəməklə öz həllini tapan məsələlər Azərbaycan Respublikasında bir neçə il həbs cəzasına malikdir.
Cənab Molayi açıqlamasının davamında əlavə edib: Bir çox ölkələrdə xarici ölkə vətəndaşlarının qanunsuz olaraq ölkəyə daxil olmaları nağd cərimələrin ödənməsi və ya digər yüngül cəza tədbirləri və sonda həmin şəxsin ölkədən deportasiya edilməsi ilə nəticələndiyi halda, Azərbaycan Respublikasında bu kimi hallar üçün nisbətən ağır cəza tədbirləri nəzərdə tutulub və həmin şəxsləri uzun müddətli həbs gözləyir.
İranın Azərbaycan Respublikasındakı konsulu əlavə edib: Adətən 1 aylıq olan Azərbaycan vizasında bu ölkədə qalma müddəti gün olaraq qeyd olunur. Misal üçün 30 gün. Amma, bəzi ayların 31 gün olduğunu nəzərə aldıqda hesablamada bəzi yanlışlıqlar yaranır və belə olanda əlavə cərimə ödəmək lazım gəlir.
Seyid Möhsün Molayi sonda deyib: Beynəlxalq qanunlar və bir sıra digər ölkələdə ənənə xarakterin almış qaydalara zidd olaraq, Azərbaycanda vizanın etibarlılıq müddəti elə vizada qeyd olunan gün qədərdir. Yəni, misal üçün bir aylıq vizaya və 30 gün ölkədə qalmaq icazəsinə malik olan şəxs vizanı aldıqdan 10 gün sonra bu ölkəyə səfər edirsə, qanuna əsasən ölkədə 30 gün qalmaq icazəsinə malik olmalıdır. Amma, Azərbaycanda mövcud olan ənənəyə görə, həmin şəxs yalnız 20 gün bu ölkədə qalmaq icazəsinə malikdir. Yəni bu ölkədə qalma müddəti şəxsin ölkəyə daxil olduğu gündən yox, vizanın verildiyi gündən hesablanır.
Molayinin dediyinə görə, bununla bağlı Azərbaycanın əlaqədar qurumları ilə yazılı və şifahi müzakirələrin aparılmasına baxmayaraq, indiyə kimi bu məsələyə düzəliş edilməyib.