Fransızlar etiraz aksiyası keçirdi

On minlərlə Fransa vətəndaşı bu ölkədə homoseksualların evlənməsi qanununun təsdiqlənməsinə etiraz olaraq Paris küçələrində etiraz aksiyası keçiriblər.

Bu qanun ötən həftə bu ölkə prezidenti Fransua Olland tərəfindən imzalanıb və solçu hökumətə çoxlu tənqidlərə səbəb olub.

Olland öz seçki mübarizələrində vəd etmişdi ki, homoseksualların evlənməsi qanununu izləyərək təsdiqləyəcək.

Bu aksiya Parisin mərkəzində üç əsas meydanda proqramlaşdırılıb.

Fransa polisi təxmin edir ki, 150 mindən çox insan bu aksiyalarda iştirak edir. Lakin bu aksiyaların təşkilatçıları onun bu rəqəmdən çox olduğunu bildirirlər.

Mart ayında da oxşar etirazlar keçirilmiş və 300 mindən çox insan küçələrə axışmışdı.

Exit mobile version