DünyaXƏBƏRLƏR

İnqilab Rəhbəri Ofisinin İstehlal Qərargahının üzvü: Fitir bayramının cümə günə təsadüf etməsi ehtimal olunur

İran İslam İnqilabının Böyük Rəhbərinin ofisinin İstehlal(yeni ayın başlanmasını təyin etmə) Qərargahının üzvü Şəvval ayının bu gecə müşahidə edilməsi ehtimalının zəif olduğunu deyərək, bildirib: Proqnozlara görə, Fitir bayramı cümə gününə təsadüf edəcək.

Höccətülislam Əlirza Müvəhhidnejad çərşənbə günü bir mətbuat konfransında deyib: Mütəxəssis rəyinə əsasən cümə günü Şəvval ayının biri və Fitr bayramı günüdür.
O, çərşənbə günü 150 istehlal qrupunun ölkənin müxtəlif məntəqələrində yerləşdiriləcəyini bildirərək, əlavə edib: Əgər proqnozların əksinə olaraq İstehlal Qərargahına ayın görünməsi ilə bağlı etibarlı məlumat daxil olarsa, ən qısa zamanda xalqın diqqətinə çatdırılacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu