İran İslam Şurası Məclisinin sədri region ölkələri parlamentləri sədrlərinə ayrı-ayrılıqda ünvanlanmış müraciətlərdə Novruz Bayramının gəlib çatması münasibətilə onları təbrik edib.
Əli Laricani Azərbaycan Respublikası, Türkiyə, Ermənistan, Pakistan, Əfqanıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İraq və Hindistan parlamentləri sədrlərinə ünvanlanmış müraciətində deyib: Novruz region xalqları arasında dostluq və mehribanlıq, anlayış və anlaşma nişanəsidir.
Larijani öz müraciətində daha sonra bildirib: İran İslam Şurası Məclisi bir daha regional və beynəlxalq qurum və təşkilatlar formatında təsirli əməkdaşlıq və həmkarlıq üzrə öz hazırlığını bəyan edir.