Site icon İslami Dəvət

General-mayor İzad: İranın mümkün hücumları region və işğal altındakı ərazilərlə məhdudlaşmayacaq

General-mayor İzad: İranın mümkün hücumları region və işğal altındakı ərazilərlə məhdudlaşmayacaq

İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının müavini general-mayor İzad Əl-Məyadin telekanalına müsahibəsində İranın daha yüksək hazırlıq, geniş əməliyyat imkanları və böyük resurslarla əməliyyat keçirməyə hazır olduğunu bildirib. O, İranın düşmənə “ağrılı zərbələr” endirəcəyini vurğulayıb.

İzad İranın mümkün hücumlarının miqyasının region və işğal altındakı ərazilərlə məhdudlaşmayacağını, bu hücumların regiondan kənara da yayıla biləcəyini qeyd edib. Həmçinin o, İran xalqının Hizbullah döyüşçülərinə və Livan xalqına dəstəyini vurğulayaraq, livanlıların Seyyid Həsən Nəsrullahın qanı ilə cızılmış yolu davam etdirəcəklərinə ümidvar olduğunu bildirib.

Exit mobile version