İnqilab Keşikçiləri Korpusunun baş komandanının müavini general-mayor İzədi İranın düşmənə qarşı əməliyyat keçirməyə tam hazır olduğunu bildirib. O, Əl-Məyadin telekanalına müsahibəsində İranın daha yüksək hazırlıq, geniş əməliyyat imkanları və çoxsaylı vasitələrlə “düşmənə ağrılı zərbələr” endirməyə hazır olduğunu deyib.
General-mayor İzədi vurğulayıb ki, İranın mümkün hücumlarının dairəsi region və işğal altındakı ərazilərlə məhdudlaşmayacaq, bu hücumlar regiondan kənara da yayıla bilər. O, həmçinin İran xalqının Livan İslami Müqavimətinə (Hizbullah) və Livan xalqına dəstəyini qeyd edib, livanlıların Seyyid Həsən Nəsrullahın qanı ilə cızılmış yolu davam etdirəcəyinə ümidvar olduğunu bildirib.


