İranlı general-mayor Rzayi ABŞ-ın həm müharibəni, həm də seçkiləri uduzduğunu bildirərək, Vaşinqtonda xəbərdarlıq mesajını kimə çatdıracaqlarını bilmədiklərini qeyd edib.
“Siz həm müharibəni, həm də seçkiləri uduzdunuz. Vens məğlubiyyəti qəbul edib, Rubio çıxmaq ərəfəsindədir, Heqset isə tezliklə vəzifəsindən azad ediləcək. CENTCOM komandiri də indi podkast aparıcısına çevrilib. İndi Vaşinqtonda bu mesajı dəqiq olaraq kimə çatdırmalıyıq ki, əgər müharibəyə başlasanız, dağıdıcı cavabla üzləşəcəksiniz?” – deyə General-mayor Rzayi bildirib.

