Dünya

General Şəkərçi: ABŞ-ın İrana qarşı təzyiq və təhdidləri uğursuzluğa düçar oldu

General Şəkərçi: ABŞ-ın İrana qarşı təzyiq və təhdidləri uğursuzluğa düçar oldu

İran Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Şəkərçi bildirib ki, Tramp administrasiyası və müttəfiqlərinin üzləşdiyi siyasi və seçki uğursuzluqları yalnız daxili siyasi dəyişiklikləri əks etdirmir, həmçinin ABŞ-ın İranın iradəsini qıra bilməməsi kimi daha böyük reallığa işarə edir. O qeyd edib ki, Vaşinqtonun təcavüz, terror və maksimum təzyiq doktrinaları, eləcə də hərbi strategiyaları İmam Müctəba Xameneinin qətiyyətli mövqeyi, İran xalqı və Silahlı Qüvvələrinin çəkindirmə gücü qarşısında uğursuzluğa düçar olub.

General Şəkərçinin sözlərinə görə, ABŞ-ın İrana qarşı düşmənçiliyi, xüsusilə Qərbi Asiyada olmaqla, dünya miqyasında təkrarlanan uğursuzluqları, hərbi nüfuzunun aşınması və təhdidlərinin nəticəsiz qalması Ağ Ev hakimiyyətinin əsaslarını sarsıdıb. O vurğulayıb ki, Tramp və onun ehtiyatsız, sərt mövqeli və terrorçu düşüncəli müttəfiqləri qədim və qürurlu bir xalqı məhv etməyə çalışsalar da, nəticədə strateji tükənmə, dərin daxili böhranlar və İran Silahlı Qüvvələri ilə Müqavimət Cəbhəsinin vurduğu məğlubiyyətlərin qurbanına çevriliblər.