Sanki içimizdə bir şeylər baş verir, böyük bir dəyişiklik, şişirtmək kimi olmasın, bu günlər ətrafımızı bürüyən, insanlara hakim kəsilən misilsiz bir mənəvi cərəyanın axarı istər-istəməz bizi də ağuşuna alıb, aparır.
Bu günlər, əzəməti gözləri qamaşdıran ilahi qonaqlığa təsadüf edir.
Ürəkləri fani dünyanın dərdi-qəmindən azad edib, ürək oxşayan dualarla qəlbləri yumaq, dil açıb Allaha dualar etmək, xoş sözlərə qulaq verib, gözləri İlahi eşqin bulağında yumaq lazımdır ki, bu dünyanın üzərimizə çökən qubarından təmizlənək, pak olaq.
Bu ay kimin qonağı olduğumuzu unutmamalıyıq, ürfan dolu səhərlərdən mənəviyyat dolu gecələrə kimi bu ilahi nemətə şükür edək, Qədr gecələrinin qədrini bilək.
Bəlkə də bu bizə verilən son fürsət olsun….
