Guardianın, geniş casusluq fəaliyyətləri barədə yeni ifşaları

Londonda çıxan Guardian qəzeti dünənki sayında İngiltərə və Amerikanın kəşfiyyat təşkilatlarının casusluq və qeyri-qanuni dinləmə fəaliyyətlərinin yeni cəhətlərini ifşa edib.

Bu qəzetin internet portalında dərc olunan təfsilatlı reportajda Amerikalı sabiq agent Eduard Esnodendən əldə olunmuş gizli məlumatlar yer alıb. Məlumatda deyilir: İngiltərə və Amerikanın casusluq təşkilatları, Casusluq və dinləmə hədəflərindən ibarət çox uzun bir siyahı hazırlamışdılar, həmin siyahıda Avropa birliyi rəsmiləri, Almaniyanın ölkə daxili və xaricindəki dövlət binaları, Beynəlxalq xeyriyyə və yardım təşkilatlarının rəhbərləri yer alırmış
Gizli məlumatlar göstərir ki, İngiltərə dövlətinin əlaqələr və dinləmə qərargahı GCHQ Amerikanın milli təhlükəsizlik agentliyi NSİ ilə birgə apardıqları geniş miqyaslı dinləmə planında, BMT uşaq fondu UNICEF, inkişaf proqramı, Fransalı qeyri hökumət xeyriyyə təşkilatı MDM, qərbi Afrika ölkələrinin iqtisadi birliyi təşkilatının sədri və Avropa birliyinin rəqabət üzrə komissarını hədəfə alıbmışlar.
Guardian bildirib ki, kəşfiyyat təşkilatlarının casusluq və dinləmə fəaliyyətləri o qədər geniş olub ki, terrorizm və cinayətkarlıqda şübhəli bilinən təşkilatları ötüb keçib.
Məlumata görə, yeni yayılan sənədlər 2008-2011-ci illərə aiddir.
Guardian qəzetindən əlavə bu sənədlər eyni zamanda Almaniyanın Eshpigle jurnalında və Amerikada Nyu-York times qəzetində də nəşr olunub.

↑
Mobil sürümden çık