Gürcüstanda növbəti prezident seçkiləri bu ilin oktyabr ayının 31-də keçiriləcək.
Novosti Xəbər Agentliyi Gürcüstanın prezident aparatı tərəfindən yayılan bəyanata istinadən qeyd edib: 31 oktyabrda Gürcüstanda keçiriləcək prezident seçkilərinə qoşulacaq 3 məşhur namizədin adı dəqiqləşib.
Bazar ertəsi günü bir bəyanatda Gürcüstanda keçiriləcək növbəti prezident seçkilərinin 27 oktyabrda keçiriləcəyi elan edilmişdi.
Hazırda Gürcüstanın 3 məşhur namizədi bu ölkədə keçiriləcək prezident seçkilərində rəqabət aparmaları haqda dəqiqləşib. Gürcüstan baş nazirinin müavini Qeorqi Marqoylaşvili, Gürcüstanın Fəhlələr Partiyasının rəhbəri Şalva Natilaşvili və Gürcüstanın sabiq parlamentinin spikeri Nino Burcanadze Gürcüstanda keçiriləcək prezident seçkilərində rəqabət aparacaq. Sözü gedən 3 məşhur namizədlərin adlarıdır.
Yada salaq ki, bundan qabaq Gürcüstanın hazırkı baş naziri Bidzina İvanişvili bir müsahibədə bəyan etmişdi ki, növbəti prezident seçkilərində iştirak etmək niyyətində deyil.
Bu istiqamətdə Gürcüstan prezidentinin tərəfdarı olan partiya yəni Milli Vəhdət Hərəkatı da iyul ayının axırına kimi və bu partiyanın tərəfindən təşkil ediləcək qurultayın ardınca nəzərdə tutduğu namizədin adını irəli sürəcək.