DünyaXƏBƏRLƏR

Güclü Azərbaycan gücsüz Ermənistanla danışığa üstünlük verir-İlham Əliyev

İlham Əliyev: “Güclü Azərbaycan gücsüz Ermənistanla istənilən dildə danışa bilər. Biz sadəcə olaraq bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki, danışıqlar yoluna üstünlük veririk. Çünki Azərbaycan bölgədə sabitləşdirici ölkədir. Azərbaycan bölgədə çox böyük nüfuza malik olan bir ölkədir.”

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə Bakının Azadlıq meydanında hərbi parad keçirilib.

Paradda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışı zamanı qeyd edib ki, Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsaitlər xərcləyib: “Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim hərbi büdcəmiz 163 milyon dollar idi. Keçən il bu rəqəm 3,6 milyard idi, bu il isə 3,7 milyard dollara çatıb”.

İlham Əliyev sonra deyib: “Növbəti illərdə də Azərbaycanın hərbi xərcləri ümumi büdcədə üstünlük təşkil edəcək. Müqayisə üçün deyə bilərəm ki, yoxsul Ermənistanın bütün büdcəsi 2 milyard dollara yaxındır.”

Ölkəsinin iyirmi fayiz Ermənistanın işğalı altında qalan prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda təkcə hərbi məqsədlər üçün istifadə olunan vəsait Ermənistanın bütövlükdə bütün xərclərindən təxminən iki dəfə çoxdur: Azərbaycan bölgədə çox böyük nüfuza malik olan bir ölkədir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs, heç bir layihə icra edilə bilməz.”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu